TANINMIŞLAR

İmanov Rəşid Uğurlu oğlu - 1905-ci ildə anadan olmuşdur. Uzun illər heyvandarlıq sahəsində işləmiş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
İmrəliyev Sərdar Məmməd oğlu - 1930-cu ildə anadan olmuşdur. Azərbaycan SSR-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1965-ci ildə Sosialist Əməyi Qəhrəmanı, 1975-ci ildə isə SSRİ Dövlət mükafatı laureatı adını almışdır.
Qazıyeva Sevil Həmzət qızı - 1940-cı ildə anadan olmuşdur. Azərbaycan SSRİ-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1968-ci ildə ölümündən sonra Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Hüseynov Bahadur Həkimxan oğlu - 1928-ci ildə anadan olmuşdur. 1958-ci ildə heyvandarlıqda qazandığı uğurlara görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
Əhmədov Əhməd Dadaş oğlu - 1936-cı ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan SSR-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1970, 1973, 1976 və 1981-ci illərdə Lenin ordeni ilə mükafatlandırılmış, 1985-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Tağıyev Şamxal Kərim oğlu - 1922-ci ildə anadan olmuşdur. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində şərəfli döyüş yolu keçmişdir. 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetini, 1954-1956-cı illərdə həmin universitetin aspiranturasını bitirib. Biologiya elmləri doktoru, professordur. 1977-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası fiziologiya institutunun müşaviri və şöbə rəhbəridir. 138 elmi işi, 3 monoqrafiyası çap olunub. 23 elmlər namizədi, 2 elmlər doktoru hazırlayıb.

 
 
 

Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev

 




Beyləqan haqqında ətraflı!

 
© 2010 - Beyləqan MKS