TƏDBİRLƏR
"MİRZƏ İBRAHİMOV".

15 oktyabr 2011-ci il tarixdə MKS-nin 24 saylı, Araz kənd kitabxanası, Araz kənd orta məktəbi ilə birgə Xalq yazıçısı,dramaturq Mirzə İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar “M.İbrahimov-100” adlı tədbir keçirmişdir..












"MÜSTƏQİLLİYİMİZİN 20 İLLİYİ".

07 oktyabr 2011-ci il tarixdə MKS-nin “Mədəniyyət və istirahət” parkında Müstəqilliyimizin 20 illiyi ilə əlaqədar təşkil etdiyi “Kitab sərgisi” oxucular tərəfindən maraqla qarşılandı.







































"BEYNƏLXALQ SÜLH GÜNÜ".

21 sentyabr 2011-ci il tarixdə Mərkəzi kitabxanada Beynəlxalq sülh günü ilə əlaqədar “Dünyaya sülh gərək” adlı tədbir keçirildi.












“Azərbaycanın Milli Qəhrəmanı” Əkbərov Akif Abbas oğlu..
12 avqust 2011-ci il tarixdə Beyləqan rayon MKS-nin Mərkəzi kitabxanasının təşəbbüsü ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan “Azərbaycanın Milli Qəhrəmanı” Əkbərov Akif Abbas oğlunun 59 yaşı yaşı qeyd edildi.
Tədbirdə rayon ziyalıları,yazarlarları və oxucular iştirak edirdilər.
Şəhidin abidəsi önünə gül qoyulduqdan sonra Təhminə Əbilova Akif Əkbərovun həyatı haqqında məlumat verdi.
O,bildirdi ki, Akif Əkbərov 1952-ci ildə Cəbrayıl rayonun Balyand kəndində anadan olmuşdur.
1969-cu ildə Beyləqan rayon 1 saylı orta məktəbini bitirmişdir.
1970-1972-ci illərdə hərbi xidmətdə olmuş,1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində işləmişdir.
Beyləqan rayonunda dəfn edilmiş, Mədəniyyət və İstirahət parkında büstü qoyulmuşdur.
Beyləqan rayonundakı küçəlrdən biri onun adını daşıyır.












"ANA DILIMIZ ƏLİFBADAN BAŞLAYIR".

31 iyul 2011-ci il H.Mədətov adına Uşaq kitabxanasında Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar "Ana dilimiz əlifbadan başlayır" adlı tədbir keçirildi.
















"23 İyul 2011-ci il tarixdə Mərkəzi kitabxanada Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü ilə əlaqədar "Vətən həsrəti" adlı tədbir keçirilmişdir"..



















"22 iyul 2011-ci il tarixində Gənlər kitabxanasında Milli mətbuat günü ilə əlaqədar “Mətbuatımız bu gün” adlı tədbir keçirilmişdir."..


"01 iyun 2011-ci il tarixində Mədəniyyət və İstirahət parkında Mərkəzi kitabxana,Gənclər kitabxanası və Uşaq kitabxanası Uşaqların beynəlxalq müdafəsi günü ilə əlaqədar “Dünyanın bəzəyidir uşaqlar” adlı tədbir keçirilmişdir...




















27 may 2011-ci il tarixdə Mərkəzi kitabxana və Gənclər kitabxanası Mədəniyyət və İstirahət parkında “Şərqdə ilk demokratik respublika” adlı tədbir keçirilmişdir...














ULU ÖNDƏRIMIZ HEYDƏR ƏLIYEVIN ANADAN OLMASININ 88-CI ILDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “TARIXI ŞƏXSIYYƏT,DAHI RƏHBƏR” ADLI “KITAB BAYRAMI”.


Son illər kitabxanalarımızın latın qrafikalı ədəbiyyatla zənginləşməsi istiqamətində çox işlər görülmüşdür.
Bu mənada,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş kitabların kitabxanalara hədiyyə etməsini xüsusi vurğulamalı,minətdarlıq hissilə qeyd etməliyik.
Bütün bunlar bir daha onu göstərir ki,kitabxanalarımızın fəaliyyətində ciddi dönüş yaranmış,çoxsaylı oxucularla təmasda olmuşuq.
Bu nəcib işdə respublikamızın müxtəlif bölgələrində mütəşəkkil şəkildə,yüksək səviyyədə keçirilmiş “Kitab bayramı”nın müstəsna rol oynayacağı şəksizdir.
Elə 09 May 2011-ci il tarixdə Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev adına parkda təşkil etdiyi “Tarixi şəxsiyyət,dahi rəhbər” adlı “Kitab bayramı” da belə tədbirlərdən biridir.
Tədbir Ümummili lider Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr edilmişdir.
“Kitab bayramı”na Rayon İcra Hakimiyyətinin kollektivi,idarə və müəssisələrin nümayəndələri, məktəblilər, yerli yazarlar və mədəniyyət işçiləri dəvət olunmuşdu.
Park Heydər Əliyevin kitab haqqında müdrik fikirlərini əks etdirən şüarlar,şarlar bayraqlarla bəzədilmiş,kitabxanaların təşkil etdiyi kitab sərgiləri təşkil edilmişdir.
Bundan əlavə rayon məktəblilərinin rəsm və əl işləri sərgisi də diqqət çəkirdi.
Rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə əklil və gül-çiçək dəstələri qoyduqdan sonra Heydər Əliyev muzeyində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirild.
MKS-nin direktoru Gültəkin Məmmədova Beyləqanlılar adından qonaqlarımıza “Beyləqan rayon ensklopediyası”,“Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı” adlı kitablarını hədiyyə etdi.
Tədbir iştirakçıları rayonun mədəni-maarif müəssisələrinin özfəaliyyət kollektivlərinin və Uşaq yaradıcılıq birliyinin özfəaliyyət kollektivinin, uşaq musiqi məktəbinin xor kollektivinin,məktəblilərin ifasında rəqs qrupları və mahnı ansanblının çıxışlarını alqışlarla qarşıladılar.
Tədbirdə çıxış edən MKS-nin direktoru Gültəkin Məmmədova qonaqları təbrik etdi, “Kitab bayramı”nın keçirilməsində köməklik göstərənlərə təşəkkürünü bildirdi.Rayon yazarları bayram iştirakçılarına öz təbriklərini çatdırdılar.Tədbirdə MKS-nə daxil olmuş yeni kitablar haqqında Mərkəzi,Gənclər,Uşaq və Şəhər kitabxanalarınınnın kitabxanaçıları oxuculara məlumat verdilər.
Tədbir bağça uşaqlarının ifasında“Tıq-tıq xanım”, “Şəngülüm, Şüngülüm, Məngülüm” kimi səhnələşdirilmiş nağıllar tamaşaçılara təqdim edildi.
Sonra Ulu öndərə həsr edilmiş şeirlər söylənildi.
Tədbir F.Hacıyev adına 2 saylı orta məktəbin hazırladığı “Azərbaycanın dövlət müstəqiliyi,milli azadlığı əbədidir və əbədi olacaqdır” adlı kompozisiya ilə sona yetdi.
 
 
 

Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev

 




Beyləqan haqqında ətraflı!



ZİYARƏTGAHLARIMIZ

 
© 2010 - Beyləqan MKS