
Mil düzü rayonları qrupuna daxil olan Beyləqan rayonu 24 noyabr 1939-cu ildə yaranmış və Jdanov rayonu adlandırılmışdır.
Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır. Rayonun ərazisi Azərbaycan Respublikasının Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km, əhalisinin sayı 2004-cü il tarixə 81,7 min nəfərdir. 1 kvadrat km-ə 72 nəfər düşür. Mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 265 km-dir. Rayon 1 şəhər, 3 qəsəbə və 22 kənd olmaqla, cəmi 26 ərazi vahidinə bölünmüşdür.
Ümumi ərazi, [kv.km] |
113.00 |
Əhalinin ümumi sayı |
85900 |
Kəndlərin sayı |
24 |
Qəsəbələrin sayı |
15 |
İri və orta müəssisələrin sayı |
13 |
Məktəbəqədər uşaq müəssisələrinin sayı |
30 |
Ümumtəhsil məktəblərinin sayı |
54 |
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı |
1 |
Xəstəxanalar və tibb müəssisələrinin sayı |
11 |
Mədəniyyət ocaqlarının sayı |
85 |
Rayonda bir şəhər, 16 qəsəbə, 25 yaşayış məntəqəsi, o cümlədən 40 bələdiyyə mövcuddur. |